08 Dekabr 2025 - 8
Keçib başdaş qanınla vermisen su, nəxli-İslamə,
Səbəb sənsən ki, dünyadə bu gün din var, ibadət var
Onunçün Kəbədən səhrayi-eşqə üz çevirdin ki,
İbadətdə nicat varsa, şəhadətdə səadət var.
Hüseyni sevməyənlər qoy cəhənnəm qorxusun çəksin,
Hüseyn aşiqləriyçün heç nə Məhşər var, nə qiyamət var.
Fəqirəm, acizəm rüxsarını vəsf etməyə şahım,
Nə dildə vəsfinə qüdrət, nə sözdə bir ləyaqət var.
Vəfasızlıq edib dil vermərəm bir özgə dildarə,
Sənin eşqin kimi qəlbimdə gizlin bir əmanət var.
Günahin çoxsa Mahir get Hüseynin damənindən tut,
Qiyamətdə günahkarə bu mövladən şəfaət var.
Hacı Ələmdar Mahir
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto