08 Dekabr 2025 - 8
Allah öz dostuna verər bəlanı,
Dostu da səbr edib şükr edib deyər:-
Ey Allah, müjdələ aşiq olanı,
Aşiq də məşuqdan heç doyar məgər.
Vəfalı dostlardan qərar ver məni,
Səbr edib bəlanı nemət bilim mən.
İlahi, bağışla fəqir bəndəni,
Yol vermə nemətə bəla deyim mən.
Bəlanı hər kəsə verməyir Allah,
Versə də bəlasın demək xeyrədir.
İnsansa asilik eləyir vallah,
Dözməyib şeytanın istəyin edir.
Neynəva çölündə imtahan etdi,
Bəlalar şahını Xaliqi-Sübhan.
Köçərək dünyadan o, kama yetdi,
Şəhidlik olubdur Ağama heyran.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto