21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Yetişib mahi-Muhərrəm, yenə də qəm dəmidir
13.02.2021

Yetişib mahi-Muhərrəm, yenə də qəm dəmidir,
Bu qara köynəyim əynimdə, Hüseyn pərçəmidir.

Mənə tən eyləmə biçarə ki, bu qarə nədir,
Bunu dərk eyləməz hər sən kimi biçarə nədir.
Axı hardan biləsən, çarəsizə çarə nədir,
Bu qara şiələrin dərdlərinin məlhəmidir,
Bu qara köynəyim əynimdə, Hüseyn pərçəmidir.

Bilisən şiə niyə qarə libasnan öyünür,
Çünki sadiqdi onun qəlbi Hüseynnən döyünür.
Sənə pirahənimin rəngi əcaib görünür,
Gördüyün Fatimənin sinəsinin həmdəmidir,
Bu qara köynəyim əynimdə Hüseyn pərçəmidir.

İki ay ildə qara, fəxri libasımdı mənim,
Qəlbidə düşməni-Tahaya qisasımdı mənim.
Məktəbi-Şahi-Hüseyn dində əsasımdı mənim,
Çün əsası yaşadan şiələrin göz nəmidir,
Bu qara köynəyim əynimdə Hüseyn pərçəmidir.

Baxma naqis baxişinla bu axan göz yaşıma,
Qiymətin dərk edər eşqiylə baxan göz yaşıma.
O qədər aglayaram, ta yetə qan göz yaşima,
Üzdə göz yaşım Əli Əsğərimin zəm-zəmidir,
Bu qara köynəyim əynimdə Hüseyn pərçəmidir.

Demə ki rəngi qəradır,bəzəyi nə zəri var,
Amma bu rəngi-siyahə heçə min müştəri var.
Elə zənn etmə Hüseyn matəminin bənzəri var,
Nə qədər bəzmi-əza var, hamıdan əzəmidir.
Bu qara köynəyim əynimdə,Hüseyn pərçəmidir!

Bu qara pərçəmi Zeynəb aparıb Şamə şüar,
Yaşada mədrəsi-üşşaqi, Yəzidi edə xar.
Bu qara pərçəmi kim əldə tutar, qeyrəti var,
Bunu sən dərk eləməzsən, bu ki, eşq aləmidir.
Bu qara köynəyim əynimdə,Hüseyn pərçəmidir!

Hatəmi-Tai keçib, dövlətilə, malindən,
Yoxdu tarixdə keçə,övrəti-ətfalindən.
Vəli keçdi o Hüseyn,Əsğəri-kəmsalindən.
Yazdı tarix bu Hüseyn, Hatəmilər Hatəmidir.
Bu qara köynəyim əynimdə,Hüseyn pərçəmidir!

Hərə bir cür yaşadıb Şahi-Hüseynin ələmin,
Biri eylibdi şuar adını,digər hərəmin.
“Seyyida” sən də ələm tək tut əlində qələmin,
Çühki arif olana şe”rin hidayət şəmidir.
Bu qara köynəyim əynimdə, Hüseyn pərçəmidir!

Seyid Nurəddin Dərafərin