08 Dekabr 2025 - 8
Qeyrətdən danışan qeyrətsizlərin,
Kürsü davasında yandı Xocalı.
Sanki Kərbəladır, Ömər Sədlərin,
Boğazında irin, qandı Xocalı.
Qayıdaq o günə, qanlı Fevrala,
Bu əsrin sonunda yeni Kərbəla,
Düzdür Kərbəlanın yox bərabəri,
Huseyn, Əbəlfəzdir dillər əzbəri.
Nə qədər dünya var, Kərbəla vardır.
Huseyn Kərbəlası bir kəhkaşandır.
Amma Xocalının halını anmaq,
Belə bir dəhşətə biganə qalmaq,
İnsanlıq adına təhqir, rəzalət,
Hanı insan haqqı, hanı ədalət?!
Hacı Fərman Məmmədov
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto