21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kəsərdə sanki Əli Zülfüqarıdır Zeynəb
16.03.2021
Kəsərdə sanki Əli Zülfüqarıdır Zeynəb
Hünərdə nitqi-Hüseynin şüarıdır Zeynəb
Qədərdə misli-Həsən, qəm qatarıdır Zeynəb
Dəyərdə yeddi səmadən yuxarıdır Zeynəb
Əli şərafəti, Zəhra vüqarıdır Zeynəb
Müqərrər əhdə müqərrər vəfanı göstərdi
Müyəssər oldu sərasər səfanı göstərdi
Mükəddər olmağa ərzi-əzanı göstərdi
O Kərbəlada əsil Kərbəlanı göstərdi
Diyari-qəmdə olan qəm diyarıdır Zeynəb
Yaralı sinəsi udmuş nə qədri fəryadi
Rəha səfinəsi dəryada od tutan vadi
Vəfa mədinəsi, eşqin dəyişməyən adi
Zəka xəzinəsi, nitqin müfəssəl ustadi
Bəla dəfinəsi, sirrin məzarıdır Zeynəb
Bütün əzizləri dünyanı imtahan etmiş
Mübarək izləri sövdanı cavidan etmiş
Alovlu sözləri ədnanı bağrı qan etmiş
Yağışlı gözləri səhranı gülsitan etmiş
Payızda başlanan eşqin baharıdır Zeynəb
Yetəndə məqtələ Zeynəb ucaldı əfqanı
Alıb qucağına yerdən şəhi-şəhidanı
Əlində canı nəhayət çağırdı cananı
Dedi qəbul elə bizdən, Xuda, bu qurbanı
Sübuta yetdi kimin yadigarıdır Zeynəb
Pünhan Əzimli