Ümid ilən döyərəm Şahi-Kərbəla qapısın,
Cahanda rəsmidi şahın döyər gəda qapısın.
Gələr ümidi-şərafətlə cümlə aşiqlər,
Öpüb təbərrük edərlər İmam Rza qapısın.
Cəhənnəmin qapısın bağlayar Xuda üzünə,
Ziyarət eylib açar kim ki, Mustafa qapısın.
Cahanda kim ki, Hüseyntək hidayət aşiqidir,
Kəsər qılınc başıni, kəsdirər bəla qapısın.
Hicab əleyhinə qalxanların əlin sındır,
Mədəd, İlahi ki, sındırdılar həya qapısın.
Töküb gözüm yaşını tövbə eylədim, çünki,
Yağış yağan zaman Allah, açar səma qapısın.
İlahi, bir də nəsib et mənə Nəcəf şəhrin,
Gedim ziyarət edim Şahi-Mürtəza qapısın.
Vüqar, Rəhimidi-Rəhmandı, Xaliqi-Yekta,
Günahı tərk elə, tövbəylə aç Xuda qapısın.
Vüqar Biləcəri
/Kerbela.info/