Hüseyn,Hüseyn şuarımız,şəhadət iftixarımız.
Fədadı hər nə varımız,şəhadət iftixarımız.
Ki,İslamın sütunu,Kərbəladə eşq ilən deyib,
Ən ali iftixarımız,şəhadət,iftixarımız.
Qanıyla nur saçan şəhid,qəbula yetdi niyyətin.
Azad olub diyarımız,şəhadət iftixarımız.
Səbr kasası doldu xalqımın,alıb qisasını
Bitibdir intizarımız,şəhadət iftixarımız.
Vətən bizim imanımız,Vətən bizim qürurumuz,
Vətən bizim məzarımız,şəhadət iftixarımız.
Şükür Xudayi-möhətərəm yad əldə qoymadın qala
O,mənlik,o,vüqarımız,şəhadət iftixarımız.
Alınmayınca son qarış bu yurdun inci torpağı
Bizim budur qərarımız,şəhadət iftixarımız.
Şəhidlər ali bir məqama yüksəlir deyib Xuda.
Tükənməz etibarımız,şəhadət iftixarımız.
Şəhidin ətri dəmbədəm behişti feyziyab edər.
Solarmı laləzarımız?
Şəhadət iftixarımız