21 Noyabr 2024 - 21
O dəm ki, bağladılar Əhlibeytə abi-Fəratı,
Şəfaət aləminin də açıldı babi-nicatı.
Susuz dodağilə ol şahzadə xırda uşaqlar,
Dua edəndə nəvayə gətirdilər salavatı.
Olar su içmiş idi cami-nuri-Həzrəti-Həqdən,
Kiçik görürdülər nəhri-Fəratı abi-həyatı.
Səlato zikridi, yer əhlini səmayə ucaldan,
Olar səmalara salmışdı soti-zikro salatı.
Bədən həyatına etməzdi etina o uşaqlar,
Səbəb bilirdilər onlar, vüsali-həqqə məmatı.
Yəqin ki Həzrəti-Sübhan kəramətindən alınmış,
O əhli-feyzo kəramətlərin bərəkatı.
Dedim: Nədir səni heyran edib bu tərzilə Seyyid,
Dedi: O tiflilərin iqtidaro-səbro-sübatı.
Ocaq Necat
Kerbela.info