12 Dekabr 2025 - 12
Təfsir edib müqəddəs olan qanı, ərbəin,
Yaydı cəhanə ətri-şəhidanı, ərbəin.
Qurtardı çün İmami Zamanın şəhadəti,
Çəkdi Yezid nəqşə, o şeytanın ümməti,
Ta Kərbəlada dəfn edə həqqo-həqiqəti,
Batil edib o nəqşeyi-şeytanı, ərbəin.
Ol ki, salıb səmayə sədasın şəhadətin,
İsbat edib cəhana Hüseynin vilayətin
Ya ki salıbdı canına lərzə cinayətin
Mənası ruhi-həqqidi ünvanı, ərbəin
Ayrıldı şəhri-Şamidən əşrafi-həqşünas
Başlandı ta Mədinədə məzlum Hüseynə yas
Zəhra də gəldi eylədi Zeynəbdən iltimas
Doldurdu va-Hüseynilə dünyanı, ərbəin.
Kərbubəlada bir gözəl aləm yaratdı eşq,
Ol aləm içrə dağ kimi matəm yaratdı eşq,
Matəm içində cənnəti-əzəm yaratdı eşq,
Çəkdi üzə o cənnəti-əlanı ərbəin.
Saldı səmayə bərqini tiğe-ədalətin,
Göstərdi əhli-aləmə zülmün nəhayətin,
Tarixə səbt qıldı Hüseynin şücaətin,
Şərh etdi xəlqə qüdrəti-Quranı, ərbəin.
Aydınladı cəmali-həqi misle afitab,
Bəlləndi Kərbəladə nədən qopmuş inqilab,
Bir cilvə saldı Seyyidin əş’arı oldu nab,
Etdi onun kəlamını nurani, ərbəin.
Ocaq Nejat
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto