12 Dekabr 2025 - 12
Məktəbdir əhli-hikməto irfanə Kərbəla,
Ülvi şərəf bağışlayar insanə Kərbəla.
Həm gülşəni-şəriətə qanilə verdi su,
Həm tazə can bağışladı Qur’anə Kərbəla.
Gərçi sığıbdı türbəti, ərzi İraqidə,
Sığmaz şərəfdə aləmi-imkanə Kərbəla.
Bəsdir bu mərtəbət ki, qucağında yer verib,
Yetmiş iki şəhidi-ləb ətşanə Kərbəla.
Ta dini-həqqi eyliyə tufanidan xilas,
Saldı zəmanə Nuhunu tufanə Kərbəla.
Yığdı göyün mələklərini bir çuxur yerə,
Qurdu o yerdə məclisi-cananə Kərbəla.
Həm ağladıb məqami-rəfiyi-nübuvvəti,
Həm gətirdi ruhi-Seyyidi əfğanə Kərbəla.
Ocaq Necat
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto