25 Oktyabr 2025 - 25
Eylə sərməstidi eşqi-zül-cəlalilən Hüseyn,
Oxdan istiqbal edərdi şuri-haliylən Hüseyn.
Məh camalın gərçi pünhan eyləmişdi qanlı toz,
Göylərə salmışdı cilvə ol cəmalilən Hüseyn.
Mənəvi əndişə istər dərk edə ol Həzrəti,
Dərk olunmaz dünyəvi fikro-xiyalilən Hüseyn.
Kim məni istər? Deyib ox, sinəsi söylərdi mən,
Həm cavabilən xoşiydi, həm sualilən Hüseyn.
Baği-cənnətdə açan gül tək özü xəndan idi,
Ağladardı aləmi, əmma məlalilən Hüseyn.
Qovzanardı nuri-vəchullah göyə qodalidən,
Kamə çatmışdı çuxur yerdə vüsalilən Hüseyn.
Bir ömürdür qan süzən qaşlarını yad eylərəm,
Seyyidi məşğul edib qanlı hilalilən Hüseyn.
Ocaq Necat
Kerbela.info
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto