08 May 2024 - 8

08 May 2024 - 8

Məhəbbət bağının ətri, gülüstani Hüseynindir.
04.07.2021

Məhəbbət bağının ətri, gülüstani Hüseynindir.
Ətəşdən od tutan güllər biyabani Hüseynindir.

Hüsendir surəti-sövda, Hüsendir ərşidən ə'la,
Cahanda aləmi-eşqin füruzani Hüseynindir.

Hüsendir məktəbi-ə'zəm, Hüsendir hamıdan ə'ələm
Vilayət dərsinin ilki, dəbistani Hüseynindir.

Hüsendir qani səccadə, Hüsendir səcdədə qiblə
Müsəlmanin nə qədri varsa imani Hüseynindir.

Hüsendir Xaliqin Nuru Hüsendir aləmin şuru
Cahanda hər nə vardırsa Hüsen cani Hüseynindir.

Hüsendir məzlumun ahi Hüsendir hamının şahi
Əzəldən çün dözülməz qəmlərin kani Hüseynindir.

Hüsendir lütf edən Əsğər Hüsen ehsan edib Əkbər
Odur ki, dini-həqqin ali qurbani Hüseynindir.

Rəvan Məhərrəmli