21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Heç İmam Hüseyndən ürək dönərmi? - dönməz!
28.07.2021
Ona kim ölü deyir ölü onun özüdür!
Şəhidlər ölmür əsla, bu Allahın sözüdür!
Bilirsizmi o kimdir, kimlərin əzizidir?!
O, Allahın Rəsulu Muhəmmədin gözüdür!
O, mövlamız Əlinin eynidir, əvəzidir!
O, Zəhra anamızın ocağının közüdür!
O, İslam aləminin səadət ulduzudur!
Heç bele bir ulduzun nuru sönərmi? - sönməz!
Heç İmam Hüseyndən ürək dönərmi? - dönməz!
Can ay Ruqəyya bala, can ay Səkinə can, can.
Kərbəla torpağının hər tərəfi qandı, qan.
Susuzluqdan quruyan gül dodaqlara qurban.
Hanı İmam Hüseyn? Hanı ol şiri-aslan?
72 nəfərlə zülmə oxudu meydan.
Onun mübarək başın taxdı nizəyə düşmən,
Bu qanlı faciədən xoş söz deyərmi insan?!
Dil quruyar lal olar, susar dinərmi? - dinməz.
Heç İmam Hüseyndən ürək dönərmi? - dönməz!
O, qaldırdı zirvəyə İslamın bayrağını, o, qaldırdığı bayraq bir də enərmi? - enməz!
Heç İmam Hüseyndən ürək dönərmi? - dönməz!
İbrahim Qaraçuxurlu