22 Noyabr 2024 - 22
Torpağmı qanadı, canmı çırpındı
Kərbəla çölündə Əlinin oğlu
Günəşmi qovuruldu səhrami yandı
Kərbəla çölündə Əlinin oğlu
Bir qüdrət əlində səhra yaxılmış
Yollara şühəda qanı tökülmüş
Sulara-sellərə zəhər əkilmiş
Kərbəla çölündə Əlinin oğlu
Bu nə müqəddərat, bu necə yazı?
Ürpəşir canların qanlara nazı
Bir nurun içində mübarək üzü
Kərbəla çölündə Əlinin oğlu
Bu çöllər qətlinə fərmanmı sənin
Başın Yezidəmi dərmanmı sənin
Coşqun qılınclara qalxanmı sənin
Kərbəla çölündə Əlinin oğlu
Yetiş düldül, yetiş can Zülfiqarı
Yetiş Əhli Beytin sultanı Heydər
Gülə qıran girdi, bülbüllər ağlar
Kərbəla çölündə Əlinin oğlu
Bu cahan nurunun yarı sən idin
Yanan ürəklərin carı sən idin
Heydəri Kərrarın nuru sən idin
Kərbəla çölündə Əlinin oğlu
Oyan ey şühəda, oyan da, çırpın
Sənə məzar olmaz Kərbəla odun
Daha dəyməyəcək yaşına qırğın
Kərbəla çölündə Əlinin oğlu
Quzğun pusqu qurmuş səhər içində
Məzlumlar qırılmış qutsal gücündə
Məhəmməd oxunur qanlı saçında
Kərbəla çölündə Əlinin oğlu
Fatimətüz Zəhra, ey vüslət ana
Sən nə isim verdin bu məhzun cana
Deyəcəyim vardır ulu divana
Kərbəla çölündə Əlinin oğlu
"Aydoğanım" vur daşlara başını
Bu qətliam müqəddərat işi mi?
Mən Ulu Mövlama saldım düşümü
Kərbəla çölündə Əlinin oğlu
Mustafa Aydınoğlu