22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Xeymədən ki, naz ilən Əkbəri çıxartdılar
24.01.2018

Həzrət Əli Əkbərin (ə) xeymələrdən ayrılması


Xeymədən ki, naz ilən Əkbəri çıxartdılar
Rubəru qabağına Əsğəri çıxartdılar

Gördülər Rüqəyyəni qaçdı qəm otağına
Çıxdı xeymədən alıb Əsğəri qucağına
Getdi sürət ilə tez Əkbərin qabağına
Durdu birdən ağladı məhşəri çıxartdılar

Bülbülə nə hal olar görsə qönçə yarpağın
Əkbərin dolub gözü şirixari görcəyin
Aldı öpdü ləblərin birdə öpdü qundağın
Ta bələkdən açdılar əlləri çıxartdılar

Ta iki susuz dodaq dəmbədəm öpüşdülər
Gərdi matəmə hərəm yeksərə bələşdilər
Hey onlar öpüşdülər, hey bunlar mələşdilər
Əl gedibdi başlara zülfəri çıxartdılar

Bax sireşki-Leyliyə hər nə var fələkdədi
Kərbəla qəziyyəsi qəsb olan Fədəkdədi
Bir Əli kəfən geyib, bir Əli bələkdədi
Bir Əli mərizidi, bəstəri çıxartdılar

Gördü əşqiya o dəm ayəti-cəli gəlir
Var iki şəbahəti nuri-muncəli gəlir
Surətən Rəsulidi, sölətən Əli gəlir
Səfbesəf qabağına ləşgəri çıxartdılar

Gördü küfiyan əcəb qaməti-rəsası var
Hər gələn vurub onu biədəd yarası var
Baxmadı o əşqiyaya xeymədə anası var
Gözləyir onun yolun xəncəri çıxartdılar

Bir salam edib Əli xeymədə babasına
Gəldi başı üstünə bükdü öz əbasına
Parə-parə peykəri gətdilər anasına
Nəşi üstə xeymədən madəri çıxartdılar