22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Dərdimin dərmanı sənsən ya Hüseyn
26.01.2018

Mən mərizəm, dərdimin dərmanı sənsən ya Hüseyn
Müttəqilər rövzeyi - rizvanı sənsən ya Hüseyn.

Kim düşə səndən cüda, tampaz nicat məhşər günü,
Çünki ol məhşər günün mizanı sənsən ya Hüseyn.

Eyləmiş rahində Əbbas qolların qurban sənə,
Pər - pər olmuş qolların qurbanı sənsən ya Hüseyn.

Zeynəbi - nalanənin, yer naləsindən titrədi,
Doxtəri - şəmsvəşin nalanı sənsən ya Hüseyn.

Namın əzbərdir dilində cümleyi - aşiqlərin,
Aşiqi - sadiqlərin sultanı sənsən ya Hüseyn.

Ağlayır göylər bu matəm içrə yerlər ağlayır,
Ta qiyamət, dillərin dastanı sənsən ya Hüseyn.

Cəbrəil açmış qanad kim, yanmasın başsız bədən,
Qumlar üstə zikr edən Sübhanı sənsən ya Hüseyn.

Hər gələndə mahi - matəm, sinəsin dağ eyliyən,
Yas tutan bu Bandojun ünvanı sənsən ya Hüseyn.


Azər Bandoj