24 Noyabr 2024 - 24
Hüseynə yerlər ağlar, göylər ağlar,
Bətuli-Mürtəza Peyğəmbər ağlar.
Hüseynin nohəsin Dilriş yazanda ,
Müsəlman səhlidir ki, kafər ağlar.
Kor olmuş gözlərin qan tutdu Şimrin,
Ki, görsün, öz əlində xəncər ağlar.
Hüseynin köynəyi Zəhra əlində,
Çəkər qeyha qiyamət, məhşər ağlar.
Atanda Hərmələ ox, Kərbəlada,
Görəydin, düşmən ağlar, ləşkər ağlar.
Qucağında görəydin Ümmi-Leyla,
Atıb nəşi Əliyyi-Əkbər ağlar.
Başında kaküli Əkbər havası,
Yel ağlar, sünbül ağlar, ənbər ağlar.
Yazanda Ali-Taha nohəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.
Məhəmməd Hüseyn Şəhriyar