22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Olmayıb aləmdə bir adəm hələ qəm çəkməsin
02.02.2018

Olmayıb aləmdə bir adəm hələ qəm çəkməsin
Çəkməyən qəm aləm içrə adın adəm çəkməsin

Adəmi eşqin qəmi çəksin bu aləm çəkməsin
Doğrusu adəm odur aləm üçün qəm çəkməsin

Hər kimin ki ruzisi qəmdir gərək şükr eyləyə
Olmasa razi dəmin asudə bir dəm çəkməsin

Lütfdür cövr etsə yarim bu zəvallı könlümə
Dağ çəksin zülm ilə rəhm ilə məlhəm çəkməsin

Ey müsəvvir rəng ilə aludə etmə surətim
Ki qələm lövhümdə qəmdən qeyri görkəm çəkməsin

Bir kişi olsa Muhəmməd aşiqi mümkün degil
Gözləri mahi-muhərrəmdə bir an nəm çəkməsin

Çəkmə şahid intizarım al şəhadət camını
Dövrdən şad ol ki qəlbin bunca matəm çəkməsin

Aşiqi-sadiq odur ki saqidən çəksin əyaq
Bərk dayansın ki ayaq meyxanədən həm çəkməsin

Kim Hüseynə (ə) aşiq olsa çəkməz o dünya qəmin
Qəm çəkər ol kəs ki qəm mahi-muhərrəm çəkməsin

Hər nə dərd olsa onun adıyla dərman eylərəm
Yoxdu bir dərd ki əlacın İsmi-Əzəm çəkməsin

Çün Hüseyniməzhəbəm vardır ümidim həşrdə
Kim məni ağuşunə Nari-cəhənnəm çəkməsin

Seyid Cəsur Nari