12 Dekabr 2025 - 12
O kəs ki saxlaya hər il əza Hüseyn adına,
Əta edər ona Allah səfa Hüseyn adına.
Götürdü öhdəyə canla bəlayi-cananı,
Yarandı aləm ara Kərbəla Hüseyn adına.
Əməl kitabını məhşərdə ağ dilərsənsə,
Geyin sədaqət ilən sən qəra Hüseyn adına.
Vəfa libasını gey, çıx riya libasından,
Ola ləyaqətin izzətlə ta Hüseyn adına.
Olur yad ömrünə zillət, əziz adın çəkənin,
Veribdi gör necə izzət Xuda Hüseyn adına.
Şərif ismini zikr eyləmək şərəfdi mənə,
Dilim əzəldən olub aşina Hüseyn adına.
İlahi, Əmriyə səndən o lütfi-ə`zəm olar,
Nəsib ola, ola gərçi fəda Hüseyn adına.
Ağasəlim Əmri Binəli
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto