22 Noyabr 2024 - 22
Tanıyın kimdi həmən Kərbubəla sultanı
O Hüseyndir ki tutub eşqi bütün dünyanı
O Hüsyendir ki, ona kulli mələklər aşiq
Ona dağlar və dənizlər və küləklər aşiq
Ona daşlar və yağışlar və çiçəklər aşiq
O canıyla və qanıyla yaşadıb Quranı
Sevər o kəs Hüseyni olsa kimin vicdanı
Ey Hüseyn aşiqi məclis ürəfa məclsidir
Harda var ismi Hüseyn Kərbubəla məclsidir
Bura bir haldaki Şahi-Şühəda məclisidir
Bir rəvayət danışım sizlər üçün irfani
Saymıyın siz bunu fərhad və şirin dastanı
Günlərin bir günü Salman dolanırdı şəhəri
Dərdini söyləməyə sanki gəzir bir nəfəri
Tez Əbazar dedi, Salman daha at qəm kədəri
Mənə agah elə qəlbində olan pünhanı
Dərdi bölmək qutarar dərdən həmən insani
Ey Əbazər, bu nə dərt, gör nədi köksümdə mənim
Pəncu-tən sevgisi yeksərdi bu cismimdə mənim
Amma eşqim Hüseynə ayrıdır qəlbimdə mənim
Qorxuram küfrə aparsın bu əməl Salmanı
Xəstə könlüm tapa bilmir özünə dərmanı
Salman öz qəlbidəki eşqini agah elədi
Xeyli vaxt susdu Əbazər sonra bir ahh elədi
Oda öz eşqini öz dostuna izah elədi
Neçə vaxtdır sevirəm sən dediyin cananı
Deməyə tapmamışam bir vəfalı insanı
Nə bilək biz necə düşdük bu dəli sevdaya
Uşağı yaxşı tanır kim gətirib dünyayə
Gəl gedək eşqimizi agah edək Zəhrayə
O edər zülmətə düşmüş sualı nurani
Həm ziyarət elə Cəbrail olan ünvanı
Məhzəri Fatiməyə gəldi iki ali-cənab
Ki Hüseyn eşqi nədir qəlbimizi etdi kəbab
Fatimə söylədi ki məndə buna yoxdu cavab
Sevirəm mən də sizin tək o güli-reyhani
Cavabın bəlkə Əli bilsin odur bağbani
Əlqərəz məclisi üşşaqə özü gəldi Əli
Ona da oldu sual eşqi Hüseynin məsəli
Cavabım yoxdu dedi, tək bunu anlatdı vəli
Necə siz heyranısız, mən də onun heyrani
Rəsulallaha gedib eyliyəyin elanı
Rəsulallah edə bilməzdi havadan təhlil
Gözlədi Allah ona bir xəbər etsin nazil
O məqam endi yerə ruhil-əmin Cəbrail
Dedi, de sevmək Hüseyni qoruyar imanı
Odur Allah dedi, İslam dininin qurbanı
Odur meydanı məhəbbətə geyən qanlı kəfən
Odur meydanda mübarək başı daldan kəsilən
Odur başsız qumun üstündə qalan tənha bədən
Odur öz ölümü ilə məğlub edən düşmanı
Odur daşla vurulan Kərbubəla mehmanı
Odur səqqası xəcil sahili ümmanda ölən
Odur bir oğlu sücaətlə meydanda ölən
Odur bir körpə qızı çöllü-biyabanda ölən
Odur övlad boğazından çıxaran peykanı
O səpibdir göy üzünə bir ovuc mərcanı
Ey rəsulim, nə qədər eşq ola layiqdi ona
Rahi eşqi kimi tapmışdısa raşiqdi ona
O elə bəndədi Allah özü aşiqdi ona
O da Allahına aşiqdir edib üsyanı
Nədir bir can, verər Allaha ola min canı
Bunu Elşən deməsən ruhuva məqsəb olmaz
Hüseyn aşiqləri içrə sənə mənsəb olmaz
Denən min aşiq ola heç biri Zeynəb olmaz
Nə bilirlər ki, nədir Şamda əsir karvani
Zeynəbdə karvanın qəmçi yeyən sarvani
Elşən Xəzər