22 Noyabr 2024 - 22
Gəldi Məhərrəm yenə qəlbini nur eylədi.
Gözlərinə əks olub, əşk ilə pur eylədi.
Keçsə də illər yenə çıxmadı yaddan Şəhid,
Əsrə calandı əsr, amma ömür eylədi.
Məhv eləyib qatili, neyrana vasil etdi,
Qatdı onu torpağa, hətta süxur eylədi.
Qatil olub dərbədər, nari-cəhənnəmdədir
Oldu cəhənnəmdə od, böylə südur eylədi
Qamçı ilən kəsdi yol, zülm elədi karvana
Uydu Yezid mürtədə, çaşdı, qüsur eylədi
Çağladı vicdan yenə, qoymadı rahət yata,
Anladı öz səhvini, eşq onu Hürr eylədi.
Ağladı öz Seydinə, tökdü gözündən yaşı
Rəbbi onun göz yaşın ümmana dürr eylədi.
Ağlaginən, Nasirim, sən də bu gün Seyyidə,
Ağlamağın eşqinə bəlkə zühur eylədi.
Emin Nasir