22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Tənə vurmun ey gədalər, canıma candır Hüseyn
14.02.2018

Tənə vurmun ey gədalər, canıma candır Hüseyn.
Dərk qilmazsız, gədasız şahi-sultandır Hüseyn.

Mərdi el içrə ucaltmaz, aşsa başdan varı, çün,
Aləmi-rüzgardə, şöhrət şəhi - şandır Hüseyn.

Carəsiz oldun əgər, umma təbiblərdən mədəd,
Dərgəhindən üzmə əl, hər dərdə dərmandır Hüseyn.

Hər gün Aşuradır ey dost, hər yer isə Kərbəla,
Bil ki, ta ruzi-qiyamət şahi-dövrandır Hüseyn.

Aləmi-irfanı seyr etdim, görub gül çöhrəsin,
Gözlərim qan ağladı, başdan ayaq qandır Hüseyn.

Kəbədə, Allah ücün, haci qoyun qurban edər,
Gərci qanıyla özü Allahə qurbandır Hüseyn.

Qibləsi aşiqlərin, Kərbübəla səhrasıdır,
Kə'bəni difa qılıb canıyla, qalxandır Hüseyn.

Bandoja, lütf eyliyər, tutsan əgər təziyyəsin,
Ruzi-məhşərdə şəfa ummağə ünvandır Hüseyn.


Azər Bandoj