22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Məhərrəmdir Xanım Zeynəb əzası
19.02.2018

Məhərrəmdir, xanim Zeynəb əzasi,
Bizi səslir Hüseynin Kərbəlası.
Yolu bagli qalib düsmən əlində
Daha zəvvarinin yox səs-sədasi.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanina qəltan olubdur

Çagir Şahi-Nəcəf gəlsin hərayə,
Cihad ilə açaq yol Kərbəlayə.
Əlinin zülfüqarı dadə çatsın,
Hüseyn qurbanları gəlsin Minayə.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur

Cihad meydanıdir, millət dayansın,
Müsəlman xabi-qəflətdən oyansın.
Ucalsın nəreyi - "Allahu əkbər"
Gərək kafər cəhənnəm içrə yansın.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur

Gəlib qeyrət günü, himmət zamani,
Ucaldaq başda Azərbaycanı.
Gedək Səddami-kafər ilə cihadə
Yıxaq bu bimürüvvət evyixanı.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanina qəltan olubdur

Hüseyn zəvvarinin qurtardı səbri,
Qıraq bu qurdları, kaftari, bəbri.
Açaq yol Kərbəlayə, Kazimeynə,
Çəkək ağuşə o şeşgüşə qəbri.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur

Gərək din olmasa, dünyanı atmaq,
Şərəf-izzətli bir dünya yaratmaq,
Səadətdir Hüseyn qurbanlaritək
Şəhadətlə "liqaullah"a çatmaq.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur

Müsəlman səf çəkib dəvayə gəlsin,
Çağır Əbbasi tasuaya gəlsin,
Qızı Zeynəb özü sahibəzadır,
Çağır Zəhranı Aşuraya gəlsin.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanina qəltan olubdur


MəhəmmədHüseyn Şəhriyar