21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ey Kərbəla, Ey Kərbəla
28.02.2018

Öldürdülər qardaşını,
Zeynəb tökər göz yaşını.
Gördü gəlir şümrü kəsən,
Guya Huseynin başını.

Səslərdi Zeynəb ba-əxa,
Ey Kərbəla, Ey Kərbəla.
Zeynəbdi doğdu Fatimə,
Səbr eylədi dərdü-qəmə.

Zeynəbdi həmdari Huseyn,
Zeynəbdi qəm xanı Huseyn.
Din fərcəmi hifz eyliyən,
Zeynəb Ələmdari Huseyn.

Zeynəbdi yari bə-vəfa,
Ey Kərbəla,Ey kərbəla.
Şahi bilanin yox dəri,
Qəmli dili qəm dəftəri.

Zeynəb əsiri qəm olub,
Gün görməyib, gül tək solub.
Kərbubəlada 10 günü,
Zülmü sitemə tuş olub.

Zeynəbdi avaci bəla,
Ey Kərbəla, Ey Kərbəla.
Zeynəbdi banuyi hicaz,
Zeynəbdi əlsiğdi rəvac.

Çox qəmlər aldı 10 günü,
Qəmdən qocaldı 10 günü.
Səbr eylədi baş əymədi,
Nə hala qaldı 10 günü.

Oldu işi ahu nəva,
Ey Kərbəla, Ey Kərbəla.
Batdı çuxur yerdə qəmə,
Gördü həyavü qəmdəmə.

Tapdı bacı qardaşını,
Tökdü üzə göz yaşını.
Zülfün yolu gördü o dəm,
şimrin əlində başını.

Şərm etmədi şimri dəva,
Ey Kərbəla, Ey Kərbəla.
Zeynəb baxır gah bənzərə,
Gahi kəsirmiş hənzərə.

Gördü sınıb,balun Pəri,
Ey mülkinar vətənzəri.
Məzlum olub,məzlum edib,
Həm qatili qəm xəncəri.

Ağlar diləş gəl ya Xuda,
Ey Kərbəla, Ey Kərbəla.
Bir zülm edib şimri dəli,
Ağlar qoyubdu aləmi.

Zəhra gülün soldurdular,
Əxyaninə od vurdular.
Qızlar dağıldı çöllərə,
Zülfülərini yoldular.

Vəhşilərə bimar bala,
Ey Kərbəla, Ey Kərbəla.
Şölə çəkib, şuri Əli,
Od şöləsi qoymur Vəli.

Zeynəb o giri qaridə,
Fikri qalıbdı yaridə.
Ki,qızları cəm eylədi,
Gah xeymeyi bimaridə.

Əvvəl İmami hifz olar,
Ey Kərbəla, Ey Kərbəla.
Şərmeylədi çün afiqar,
Çəkdi üzə qarə niqab.

Gün batdı yatdı həm qəmə,
Yer göydə batdı matəmə.
Zəhra çuxur yer səmtinə,
Zeynəbdə gəldi əl-qəmə.

Başlandı bir şami əza,
Ey Kərbəla, Ey Kərbəla...