21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla eşqi
02.03.2018

Eşqin mənə qürur yeri,

Dəyişmədi zaman məni.

Qeyrətinə heyran oldum,

Əsir etdi yaman məni.

Məğlub etdin qanın ilə

Şimrlərin minini sən.

İtirsəndə hər şeyini,

İtirmədin dinini sən.

Nə deyim ki, mən nə yazım?

Şəninə olarmı layiq.?

Allahına,Rəsuluna,

Sən oldun vəfalı aşiq.

Əsğərini etdin qurban,

Neçə-neçə candan keçdin.

Allahından keçmədin sən,

Neçə məsum qandan keçdin.

Ağam Hüseyn, şahım Hüseyn,

Bədənsiz başına qurban.

Qiyamətə qədər ağa,

Hicrin ilə yanar bu can.

Şəhid oldu Əliəkbər,

Dönmədi haqq səfərindən.

Qaçırma gəl bu aşiqi,

Hesab günü nəzərindən.

Bu dünya sınaq yeri,

Allah bir gün çəkər hesab.

Sıyrılacaq qiyamətdə,

Sifətlərdə olan niqab.

Həzrəti Abbasa qurban,

Bu dəyərsiz canım mənim.

Qiyamətə qədər vallah,

Var əhdü-peymanın mənim.

Mehdiyə yalvaraq gərək,

Zühur edib gəlsin daha.

Şikayət edirəm, ağa,

Yetir bunu Rəsuləllaha

Necə dözdü bəs Zeynəbin,

Qəlbi cansız o canlara.

Ağı deyib ağla, qardaş,

Başsız qalan cavanlara.

Neçə Zəhra övladını,

Qanına qəltan etdilər.

Neçə südəmər körpənin,

Beşiyin al qan etdilər.

Müslümdən də yoxdur xəbər,

Abbasın qolları qələm.

Sənə yetə bilmədim mən,

Mehdi üçün bir əsgərəm.

Allahıma səslənirəm,

Eşit ahu-fəğanımı.

Tez göndər dözmür ürək,

Mehdi Sahib zamanımı.

Fatimənin gözü yaşlı,

Səkinənin qəlbi qandı,

Başsız gördüm bədənini,

Könül evim parçalandı.

Hey səslədim səs gəlmədi,

Ay,Hüseyn,ay Hüseyn.

Övladların oldu şəhid,

Vay,Hüseyn,vay Hüseyn.

Yasını saxlaram hər an,

Nə qədər ki,vurur ürək.

Sən əhdinə oldun sadiq,

Biz də,sadiq olaq gərək.

Mən Əhli-Beyt aşiqiyəm,

Sizə canım fəda olsun.

Ölənəcən bu yoldayam,

Əhdə şahid Xuda olsun.

Salam olsun Muhəmmədə,

Sərvərimiz İmam Hüseyn.

Kəsildi Üməyyənin sonu,

Soyun edir davam Hüseyn.

Məndə sənin övladınam,

Museyi Kazım balasıyam.

Ölənədək haqq yolunda,

Sizə sadiq qalasıyam!