27 Oktyabr 2025 - 27
Gəl, sil gözümün yaşın, ana, Rahi fənadır,
Çün bari - xudadən yetişən mahi - bəladır.
Bir qədri mənə şah Hüseyn nəqlini söylə,
Çün şah Hüseyn vaqiəsi ruhə qidadır.
Qoyma ki, məbadə çıxa yaddan ol Əbəlfəz,
Qan içrə kəsik qolları isbati - vəfadır.
Yaz, namə yetir, Zeynəbi - Kubrayə Xudadən
Səbr istə ki, Zeynəb özü çün sahib əzadır.
Ünvanımızı Azərbaycan kimi göstər,
Aşiqlər üçün fərq eləməz, Kərbübəladır.
Vüqar Rahi
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto