24 Noyabr 2024 - 24
Geyinib yenə də biz qaramızı
Məhərrəm ayıdır, ağlayaq gərək!
Yusun göz yaşımız günahımızı
Məhərrəm ayıdır, ağlayaq gərək!
Bəzən insan ağlar öz zillətindən,
Bəzən insan ağlar məhəbbətindən,
Bəzən də Hüseynə (ə) sədaqətindən
Məhərrəm ayıdır, ağlayaq gərək!
Bir ağlamaq var ki, ruha qidadır,
Bir ağlamaq da var Haqqa nidadır
Niyyəti qürbətdir, vaxtı ədadır
Məhərrəm ayıdır, ağlayaq gərək!
Ağlamaq gözlərin tozunu silər,
Ağlamaq ürəyin pasını silər,
Ağlamaqla insan eşqin bildirər
Məhərrəm ayıdır, ağlayaq gərək!