27 Oktyabr 2025 - 27
Ağla, ey olan dəhrdə heyranı Hüseynin,
Aşura yetib, başlayır hicranı Hüseynin.
Az sonra nə Əkbər qalacaqdır, nə Əbəlfəz,
Can tapşıracaq Əsğəri-nalanı Hüseynin.
Çün, eyləməz övladi-Əli zalimə bey'ət,
Qətl olmağa amadədi karvanı Hüseynin.
Allah üçün, ey Ruhül-əmin, balü pərin çək,
Görsün necə can vermədə cananı Hüseynin.
Ey söyləyən heç vaxt ki, səhradə gül olmaz,
Gör bir necə güllər bitirir qanı Hüseynin.
Rahi, yaşayıb əsri-səadətdə oleydim,
Əsləm kimi ey kaş ki, qurbanı Hüseynin.
Vüqar Rahi
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto