21 Noyabr 2024 - 21
Ey Müctəbanın qəm günü qəmxari Zeynəb
Az qaldı solsun ömrümün gülzari Zeynəb
Od tutdu yandı zəhr ilə bu cismü-canım
Az qaldı dünyadən gedəm, ey mehribanım
Nazilə rahət yuxlama getdi təvanım
Dur gör bu zülmilə solan rüxsari Zeynəb
***
Dur ver xəbər qardaşlarım imdadə gəlsin
Yalqız Hüseynim baş açıb fəryadə gəlsin
Nəhr üstə ətşan can verən səqqa də gəlsin
Eylə xəbərdar İtrəti Əthari Zeynəb
***
Bir cür"ə su içdim bacı düşdüm əyaqdan
Dur sil bacı qan qətrəsin bu gül dodaqdan
Dəsti cəfa gül tək məni dərdi budaqdan
Qaldı bu zarın məhşərə didari Zeynəb
***
Zəvvar uzaqdan həlqeyi matəm qurarlar
Gözlərdə yaş qəbrim kənarında durarlar
Öpsə mazarimdən biri qəmçi vurarlar
Göz yaşın eylərlər üzarə cari Zeynəb
***
Axər nəfəsdə eylərəm bacı vəsiyyət:
Nazın özüm tək Qasimin çək etmə qəflət
Kərbübəladə nuş edər cami şəhadət
Qanilə rüxsari olar gülnari Zeynəb
***
Məndən sonra gəlmə bacı şurü-nəvayə
Eylə zəxirə göz yaşın Kərbübəlayə
Düşmən vuranda Qasimin başın cidayə
Əşgilə doldur dideyi xunbari Zeynəb
***
Narahət olma göz yaşın döndərmə seylə
Yandı vücudim qəlbimi yardırma beylə
Doğrandı əkbadım bacı təşt hazır eylə
Ey bu cəhanda dərdü-qəm bimari Zeynəb
***
Ağlar "Kərimi" göz yaşın eylər rəvanə
Bəzmi əzadə Qumri tək başlar təranə
Bir etiqadiylə gəlib bu asitanə
Ünvan edib bu yazdığı əş"arı Zeynəb