24 Noyabr 2024 - 24
Ay batdı, sübh açıldı,
Zeynəb nəvayə gəldi,
Zəhra dedi-Hüseyn
vay! Aləm sədayə gəldi.
Çün, yıxdılar atından
Sultani-təşnə kami,
Dünyayə oldu elan
Qutləl-Hüseyn pəyami,
Cənnatdən eşitdi
Peyğəmbəri-Girami,
Nəleynsiz, əbasız
Kərbübəlayə gəldi.
Peymanə amil odi,
Cananə verdi canin,
Şövqi-şərafət ilən
teyy etdi imtəhanin,
Şümri-dəğa tökəndə
xaki-miyanə qanin,
Üz dutdi asimanə,
həmdü sənayə gəldi.
Xuni-Xuda töküldi
gudali-Kərbəlayə,
Yerlər təzəlzül etdi,
rişə düşüb səmayə,
Kərrubiyani-lahut
ağlaşdı bu bəlayə,
Yel əsdi, gün dutuldi,
zülmət fəzayə gəldi.
Xuni-Hüseyn boğazdan
cari olan zəmani,
Cibril apardı ərşə bir
şişədə o qani,
Ol şişədən nümudar
oldi bəla nişani,
Qovzandı buyi-matəm,
əhli-səmayə gəldi.
Nuri-həq odi lame
başsız qalan bədəndə,
Rəsi-Hüseyni-məzlum
sərnizəyə gedəndə,
Badi-siyah əsəndə, yel
zəlzələ edəndə,
Sındı nizami-dünya,
həddi-fənayə gəldi.
Nəzdik idi yerindən
çıxmun mədari-dünya,
Ali-Üməyyə etsün
dəsturi-şəri mülğa,
Sərnizədə edəndə rəsi-
Hüseyn təcəlla,
Dini-Muhəmməd üstə
nurani-sayə gəldi.
Fərmani-qarət ilən telli
aşub ərəblər,
Gördü o hayi-huyi
ətfali-zari-müztər,
Qaçdıla xeyməgahə,
yerdən ucaldı səslər,
Əmmə, amandu,
ləşgər xeyməsərayə gəldi.
Səhranəvərd ərəblər
xərgahi yandıranda,
Başi açıq hərəmlər
oddan çıxub qaçanda,
Qalxub buxari-atəş,
gizləndilər dumanda,
Tüsti ucaldı, qarə
pərdə həvayə gəldi.
Bir xırda qız qaçırdı,
tutmuş alov əbasın,
Mərdi-yəhudi dutdi,
xamuş edüb libasın,
Gətdi ələ Hüseynün
dilbəndinün rizasın,
Əhsən o şeyxə,
müşgül vəqtə hərayə gəldi.
Gər etməsəydi Zeynəb
nəsli-Hüseynə imdad,
Olmuşdu od içində
suzan imami-Səccad,
Qıldi rəşadət ilən
oddan imami azad,
Bir tazə zinəganluq
Zeynəl-ibadə gəldi.
Zəhra gəzərdi gündüz
ətrafi macəradə,
Ta Kufəyə Hüseynün
getdi başı cidadə,
Nəşi-Hüseyni axşam
başsız qoyub aradə,
Gün batcaqun o xatun
mətbəxsərayə gəldi.
Hurani-baği-cənnat
məhzun giriftə sima,
Həvva, Xədicə xatun,
Məryəm, cənabi-Sara,
Aşüftə-mu, siyəhpuş,
dillərdə - Va Hüseyn va,
Zəhrayə həmdəm
olsun, bəzmi-əzayə gəldi.
Əlli üç il qapunda, var
Yəhyəvi, Hüseyn can,
Nohə yazub, ğəmündə
olmuş məriz o nalan,
Dəsti-mübarəkünlə
dərdinə eylə dərman,
Ümmidi-səhhət eylə,
babi-şəfayə gəldi.
Abbasqulu Yəhyəvi Ərdəbili