21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Peyğəmbərlərin (ə) İmam Hüseynə əza saxlaması - Şeir
06.04.2018

Çün həzrəti Adəm yetişib Kərbübəlaya

Qəmli ürəyi dərdə gəlib gəldi nəvaya

Səs gəldi dayan burda əza saxla Hüseynə

Toprağını öp, oxşama de, ağla Hüseynə

Nuhun gəmisi aləmi qoymuşdu qəfada

Gəldi keçə, girdaba düşüb Kərbübəlada

Can qaldı xətərgahda gözü ərşi Xudada

Cibril dedi cuşə gəlib bəhri təfəzzül

Ver sən də Heseyn daməninə dəsti təvəssül

Yol saldı o səhraya Xəlulullah at üstə

Birdən yıxılıb atdan olub fərqi şikəstə

Üz tutdu göyə baş yaralı peykəri xəstə

Forən ona da gətdi xəbər peyki əvamir

Cuş etdi sənin qanın Hüseyn qanına xatir

İsmayılın əhşami pəsəndidə sifati

Daim mələşib içmədilər abi Fərati

Heyrətdə qalıbdır kəsilibdir səbri-sübatı

Səs gəldi qoyundan-quzudan qıl bu sualı

Etsinlər səni ta bu yerin sirrinə hali

Həsrətlə o dilsizlərə bir etdi nəzarə

Qüdrət əli qıldı hamısın əhli işarə

Ecaz elədi müşkülü İsmayıla çarə

Gəldi dilə dilsiz quzular etdi təzahür

Bu çöldə suvarma bizi sən Əsğərə xatir

Fərş ilə hava üstə gəzən vəqtə Süleyman

Təxtin çevirib vurdu yerə şiddəti tufan

Ərz eylədi ya Rəbb görünüb məndə nə nöqsan

Səs gəldi çox tünd gedisən belə getmə

Vəhşətlidi bu vadiyi-iymən belə getmə

Bu çöldə Hüseyni qəmə amac edəcəklər

Zülm ilə onun təxtini tarac edəcəklər

Qızlarını bir məcərə möhtac edəcəklər

Bu çöldə Hüseyn də batacaq qana Süleyman

Düş, ağla o məzlum Süleymana, Süleyman

Musa da gəlib bir gün o səhrayi bəlaya

Batdı bir ayağına tikan, gəldi nəvaya

Cibril dedi sən də cülus eylə əzaya

Bu çöldə Hüseynin hərəmi baş açacaqdır

İstəkli Rüqəyyə tikan üstən qaçacaqdır

Bir gün də Məsihin yolu düşmüşdü zəruri

Yanında həvariləri başında qüruri

Bir şiri qəvipəncə kəsib rahi üburi

Səsləndi həvariləri qeyzilə o saət

Kəsdin yolu Ruhullaha aya nədir illət

Səsləndi həvarilə ba qeyzu cəsarət

Aşuri Məhərrəmdi bu rəftarıma illət

Vadar eləyir dildəki pünhani məhəbbət

Hər kim ki, hər il düşsə bu səhraya güzarı

Dəvət edərəm mənlə edə nohə və zari

Yandı hamı əlqissə ürəkdən bu məqalə

Hüzzar onun dorəsinə vurdular halə

Topraq sovurub başa o şir eylədi nalə

Səsləndilər ey ruhi Məsiha sənə qurban

Məryəm sənə qurban ağa, İsa sənə qurban