24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Düşdü yenə dillərə qəm nohəsi
11.04.2018

Düşdü yenə dillərə qəm nohəsi
Aləmi doldurdu Hüseyn vay səsi
Qarə ələmlər əsər
Rişeyi-küfrü kəsər

Bizləri ey Xaliqi biçuni-çənd
Feyzi-Məhərrəmdən elə bəhrəmənd
Eyləyib üşşaqi-Hüseyn sərbülənd
Boynumuzda onun eşqi kəmənd
Qəbrinə qurban olaq
Lütf elə mehman olaq

Şiələrin qəlbi yenə qəmdədi
Piri-cavan məclisi-matəmdədi
Ömrümüzün həzzi Məhərrəmdədi
Adı Hüseynin qara pərçəmdədi
Bax bu qara pərçəmə
Lərzə salıb aləmə

Qara geyənlər yenə məhzun olub
Aləmin aqilləri məcnun olub
Zeynəbin, Allah qəmi əfzun olub
Fatimənin halı digərqun olub
Hey çağırır can Hüseyn
Ləbləri ətşan Hüseyn

Ey adını şiə qoyan bavəfa
İldə əqəllən geyin on gün qara
Gəl dilə ey saili dərdaşina
Al ağadan təzkireyi-Kərbəla
Nazil edə rəhmətin
Can tək öpək türbətin

Əhli-əza başa qara bağlayın
Sinəzənan sinələri dağlayın
Seyyidi-məzluma əza saxlayın
Əcnəbilər gülsə də siz ağlayın
Göz yaşı tufan edər
Xəsmi hərasan edər

Kəlami Zəncani