12 Dekabr 2025 - 12
Ey aşiqi-həq, vəslə amadə, Hüseynim vay!
Ey təşnə verən canın səhradə, Hüseynim vay!
Möminlər üçün mövla, Zəhra gözünün nuri,
Ey ibni-Şəhi-Mərdan, şahzadə Hüseynim vay!
Şövq ilə verib canın, vəsl içrə tapan rahət,
Ey cövr çəkən zalım dünyadə, Hüseynim vay!
Hər gün bizə Aşura, həm Kərbübəla hər yer,
Eşqinlə gələr aşiq fəryadə: "Hüseynim vay!"
Miskin, qara bir quldur, Xaqan sənə sadiqdir,
Həm dəhrdə şahım, həm üqbadə, Hüseynim vay!
Elşad Xaqan
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto