21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ey nəsli cavan, baxma, kitabi şüərayə
16.04.2018

Dinsizlə şiənin nəzmlə deyişməsi

Ey nəsli cavan, baxma, kitabi şüərayə,
Məndən söz eşit, ağlama şahi-şühədayə.

Min ildi Hüseynin qəmi aləmləri dağlar,
Biz ağlamasaq da anası Fatimə ağlar.

Öldürdü birin səltənət üstündə ərəblər,
Sən qara geyib köhnəpərəst olma, bəradər.

Din üstə ölən zindədi, biganə danışma,
İslamı Hüseyn saxladı, əfsanə danışma.

Bir şəxs ola qüdrətdə qəvi rəyidə möhkəm,
Cəm eyləyə hər yerdə vurublar qara pərçəm.

Hər əsirdə cuş eylər, Hüseynin qanı batmaz,
Dünya nə qədər var, ucalar, pərçəmi yatmaz.

Hər il qara köynəklə əza saxlamaq olmaz,
Min dörd yüz il axı bir nəfərə ağlamaq olmaz.

Çöllərdə gəzər indi də var Höccəti Qaim,
Nahaq tökülən qana, tökər göz yaşı daim.

Möhkəm vurursan sinəni, qəlb üstə xətərdi,
Tibb əhli deyillər, bu əməl qəlbə zərərdi.

Qəlbi mərizin sinəyə vurmaqdı şəfası,
Bu eşqi Hüseyndir, nə təbibi, nə dəvası...

İslami modernizə əgər olsa piyada,
Göz yaşı nə lazım tökəsən bəzmi əzada.

Loğman da mod axtarsa bu yolda əli boşdu,
Doktor da, mühəndis də, əzadar ola xoşdu.

Boşla bu xürafatı nədir eşq, iradət,
Axər bu Hüseyn kimdi edə xəlqə şəfaət.

Bədbəxt, haçandan tapılıb səndə cəsarət,
Məhşərdə Hüseynsiz nə ibadət, nə itaət.