21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ölürəm verdi həyat, cövrü-cəfa Zeynəbinə
20.04.2018

Ölürəm verdi həyat, cövrü-cəfa Zeynəbinə,
Gəl Hüseyn rövzə deyib, saxla əza Zeynəbinə

Nə anam var, nə atam var ki, dolansın başıma,
Nə bacım var ki, qata göz yaşını göz yaşıma,
Necə var ehtiyacım, yeddi gözəl qardaşıma
Derdiniz qəm dağıdır sübhü-məsa Zəynebinə

Necə etdim o zaman şama səfər qəm yeməyin,
Başıma qemçı dəyibdir, nə qədər qəm yeməyin,
Ağaran saçlarımı görsəz əgər qəm yeməyin
Sən ölən gündə haram oldu, həna Zeynəbinə

Mənə Allah ölümü eylə mübarək ölürəm
Bu fəna mülkünə yoxdur dəxi isək ölürəm
Nə yaman şeydi Adamsızlıq Huseyn tək ölürəm
Yaralı ləblərilən eylə dua Zeynəbinə

De çətin gündü yaman gündü Peyəmbər gəlsin
Başımın üstə azan verməyə Heydər gəlsin
Yaralı peykəri qüsl etməyə Kövsər gəlsin
Gülməsin əhli-cəfa bəxti-qəra Zeynəbinə

Əli-Əkbər qoşulub yasıma sənnən gəlsin
Bibisi Qasimə qurban də Həsənnən gəlsin
De Həsən təşnə cigər əldə kəfənnən gəlsin
Bir kəfən lütf eləyib etsin əta Zeynəbinə

Gözəlim istəmirəm zərrə qədər qəm duyasan
Mənə xatir yaralı qəlbini qəmnən oyasan
Diləyim var məni qəbrə öz əlinnən qoyasan
Sən kərim sahibisən eylə səxa Zeynəbinə

Vəli Abbasa demə atma onu qəm gözünə
Vəxti təşiyi-cənazə dolacaq qan gözünə
Qolları yoxdu bunu dərd edəcəkdir özünə
Deyəcək eyləmədim əhdə vəfa Zeynəbinə

Düzdü ki, mən səni çöllərdə qoyub getmişdim
Səni üryan qərib əllərdə qoyub getmişdim
Nəşüvü na xələf əllərdə qoyub getmişdim
Bu işin illəti var sayma xəta Zeynəbinə

Qövmi-əşrar bizi dövrəsinə aldı o gün
Qızların təkcə ümidi bacına qaldı o gün
Onların dərdi məni səndən uzaq saldı o gün
Dağ cəkib yarə vurub Kərbübəla Zeynəbinə

Sənə Şamatə qədər yolda əza saxlamışam
Yatırıb qızlarını sübhə kimi ağlamışam
Ürəyim tellərini nizələrə bağlamışam
Edəsən nizənin üstə tamaşa Zeynəbinə

Göz qalıb ulduzumun batdığı ünvanda Hüseyn
Öz canın sevdiyinə satdığı ünvanda Hüseyn
Məni defn eylə qızın yatdığı ünvanda Hüseyn
Xestəyəm gül balama eylə dəva Zeynəbinə

Ya Hüseyn mədhinizə məndə ləyaqət yoxdur
Ali-Peyğembərə bu dəhride nisbət yoxdur
Siz kimi ali cənab ali nəcabət yoxdur
Elşənin hər nəyi vardırsa fəda Zeynəbinə

Elşən Xəzər