24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Hüseynə ağlayan gözün şafaəti Hüseyndədir
23.04.2018

Hüseynə ağlayan gözün, şafaəti Hüseyndədir,
Hüseynə yas tutan kəsin, səadəti Hüseyndədir.

Nə Əkbərə edibdi rəhm, bihəya nə Əsğərə,
Nə Əbbasin əli tutur ələm girə bu ləşkərə,
Bu halda ağlayan ona, həm ağlayar Peyəmbərə
Peyəmbərin ləyaqəti, lətafəti Hüseyndədir.

Nə yol kəsər, nə təşnələb qalanlara su bağlamaz,
Nə kafərin ayağina Hüseyn yıxılmaz ağlamaz,
Ayağina düşən kəsin Hüseyn ürəyni dağlamaz,
Əlinin həm səxəvəti, şücaəti Hüseyndədir.

Su eyləyər Hüseyni hər dəm arizu susuz qalıb,
Olubdu qəlbi parə, sağı həm solu susuz qalıb,
O kəs ki, Fatimə əlindən içdi su susuz qalib,
Çəkilməz öz yolundan eşq hərarəti Hüseyndədir.

Bu kəs o kəsdi dininə fəda veribdi başını,
O kəsdi din üçün edib vida, veribdi başını,
Verərmi kimsə başı? Mərhəba, veribdi başını,
Şəhidliyin ən ali bir, məqaməti Hüseyndədir.

Hüseyndi yarı ağlayar hər an o yarə şiələr.
Gözündə yaş, ürəkdə qəm, geyibdi qarə şiələr,
Gedər məzarə, qəlbidə, ürəkdə yarə şiələr,
Bu kainatda şiənin məhəbbəti Hüseyndədir.

Tökər gözündən qanlı yaş, vurar bu başa ağlayar,
Gedər o başa ağlayar, gələr bu başa ağlayar,
Baxıb fəqirin halına edər tamaşa ağlayar,
O kəs ki, əsli-nəslidən təbiəti-Hüseyndədir.

Düşər bir ayrı halətə, yetişsə hər Mühərrəmə,
Bütün vücudi aşiqin, olar qərq matəmə.
Duyar fəqani-Zeynəbi, düşər könül o an qəmə,
Əlacı qəlbinin vəli, ziyarəti-Hüseyndədir