21 Noyabr 2024 - 21
Şahi-Kərbübəla – yası başlandı
Yenə yaran daşdı bəhri-bəla – şahi-Kərbübəla – yası başlandı
Xanım Zəhra saldı başa qara – Seyyidüş-şühəda – yası başlandı
Məhərrəm gəldi əza gəldi, yerə göylərdən səda gəldi
Çəkib qarə asimanə mələk, sakinani fələk nohəxan oldu
Səmavatə nalə saldı tənin, qəlbi Fatimənin ləxtə qan oldu
Bu matəmdə yandı qəlbi-Nəbi, nazdanəsi biaşiyan oldu
Açıb başın yeksər əhli-səma, xəmsətün-nücəba yası başlandı
Məabirdə səf çəkənlərə bax, sinəzənlərə bax sinə dağlırlar
Düşüb şiə bəhri-dərdi-qəmə, məscidə ələmə qarə bağlırlar
Deyir Zəhra: can yaralı bala, şahi-mülki-vila yası başlandı
Vurur başa Əli aşiqləri, bu müsibətdə Əli şiələri
Əli səslər: sındı bali-pərim, odlanıb cigərim nari-möhnətdə
Çıxıb ərşə suzu-ahi Hüseyn, xeyməgahi Hüseyn yandı qarətdə
Aman ey dil, eylə ahi-nəva, çün vəliyyi-Xuda yası başlandı
Bu ayda hər kim nəvayə gələ, ahu-vaya gələ, xaru-zar olmaz
Qiyamətdə etibara çatar, iftixarə çatar əşki-bar olmaz
Ölən vəqtdə sağ-sola dolanıb, nari-hicrə yanıb intizar olmaz
Gözüm ağla, yarı eylə riza, çün şəfii-cəza yası başlandı
Bu göz yaşı daim ələnir, gözdə cilvələnir şami-Aşura
Gəlir yada qüssə xatirəsi, xeymə mənzərəsi, qorxulu səhra
Rübab ağlır gözdə xuni-cigər, qəşş edib südəmər, ahu-vaveyla
Deyir: Allah, can verir bu bala, qaldı haldan-hala yası başlandı
Gecə keçdi, əsdi badi-xəzan, madəri-nigəran gəldi əfğanə
Öpüb birdən mahparəsini şirxarəsini verdi sultana
Oğul getdi şövqü vəslətilə, tiri-möhnətilə batdı alqanə
Kamandan ox atdı Hərmələ ta, tifli-məhliqa yası başlandı
Hüseyn basdı bağrına balanı, atdı ərşə qanı göylər ağlaşdı
Edib təsir ərş əhlinə qəmi xeymədə hərəmi-Heydər ağlaşdı
Dedi laylay ey yaralı bala, səs çəkib o hala ləşkər ağlaşdı
Atasından ucalıb bu nida, bangi va vəlada yası başlandı
Əl-üz qanlı gəldi xeymələrə, ta Rübabə verə oxlu qurbanı
Xanım Zeynəb tez çıxdı qabağa, ərz etdi ağa pozma halın Zəhranın
Əzizim, qəlbim kabab eləmə, göz yaşın ələmə, sən anam canı
Deyim qoy, geysin qarasın ana, oğlu batdı qana yası başlandı
Kəlami Zəncani