27 Oktyabr 2025 - 27
Hüseyn ibni əli! Ya Rəbb,bu ad qəlbimdə məskundur.
Gözəllər vadisindən bir gözəl vardır ki,məhzundur.
Mənim Rəbbim bir - Allahdır ki,Ondan qeyri yox Məbud,
Rizası Kərbaladan keçmək olsa bəndə məmnundur.
Hüseyni sevməmək olmaz,Hüseyn eşqə verib məna,
Bütün yer-göy olub heyran ona saiqdi, məftundur.
Həqiqətdə Hüseyn kimdir,həqiqətdə Yəzid kimdir
Hüseyn məzlum,şəhid,rəhbər,Yəzid zalimdi,məlundur!
Görənlər nəşin üstündə o zalimlik edən qövmü
Düşünmüş onlar haqında bəşər yox, qarğa-quzğundur.
Hüseynə ağlayan gözlər bəla görməz Qiyamətdə,
Əzəl gündən də əvvəldən olub təyin, bu qanundur.
Sənə üstün demək olmur,sən üstünlükdən üstünsən,
Sənin Səninlə-acizdir, məgər üstünlük uyğundur.
Şahin Qurbanov
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto