21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Mən ki, Hüseyn zəvvarıyam
16.05.2018

Mövlam deyib, yola çıxdım.
Atın üzəngisin sıxdım...
Nədə ölümdən qorxdum –
Çünki, Hüseyn zəvvarıyam!
Mən ki, Hüseyn zəvvarıyam!

Hər möhnətə dözə - dözə,
İsti qumlar çıxdı dizə...
Qəm dəryasın üzə - üzə
İçdim, Hüseyn zəvvarıyam!
Keçdim Hüseyn zəvvarıyam!

Susuz qaldım yana – yana,
Teşnə qəlbim döndü qana...
Ləzzət verdi bunlar, mana –
Çünki, Hüseyn zəvvarıyam!
Mən ki, Hüseyn zəvvarıyam!

Nə yoruldum, nə usandım.
Alışdıqca – alovlandım...
Hey özümü xoşbəxt sandım –
Yandım... Hüseyn zəvvarıyam!
Andım... Hüseyn zəvvarıyam!

Gördüm – Fərat qan ağlayır...
Yarasın – qumlar bağlayır.
Hamı: - Hüseyn soraqlayır –
- Gəlin! Hüseyn zəvvarıyam!
Bilin! Hüseyn zəvvarıyam!

Kərbəlanın iyini duydum...
Ruhum uçdu, sanki, uyudum...
Barigahı gördüm – doydum –
Mövlam - Hüseyn zəvvarıyam!
İmam - Hüseyn zəvvarıyam!

Cəbrayıl, murada yetdin.
Sanki, dünyanı tərk etdin,
Kərbəlada – qəbirə getdin...
Vallah! Hüseyn zəvvarıyam!
Allah! Hüseyn zəvvarıyam!

Hacı Cəbrayıl Xıdırov