18 Aprel 2024 - 18 1445

18 Aprel 2024 - 18 1445

İmam Hüseynin insan haqlarına diqqət çəkməsi
24.10.2019

Zülmü dəstəkləməmək bu qədər yeni idimi İmam Hüseyn özünün və əzizlərinin canından keçməyə məcbur oldu? Məgər Quranın hər səhifəsi az qala zülmün pisliyi, ədalətin yaxşılığından danışmır? Məgər peyğəmbərin (s) hədislərdə təkrar-təkrar deyilməyibmi ki, məzlumu müdafiə etmək, zalıma etiraz etmək lazımdır?

Bəli, bunlar hamısı Quranda və peyğəmbərin (s) hədislərində var. Amma o zamankı cəmiyyət o qədər tənəzzüldəydi ki, Quran dəyərlərindən o qədər uzaq düşmüşdü ki, onlar Yezidə beyət edirdilər. İslam cəmiyyəti müsəlman fərdin siyasi hüquq və azadlıqları baxımından bu qədər bərbad vəziyyətdə idi. İmam Hüseyn bu duruma etiraz etdi. Bu rəzil sükuta qarşı bir növ fəryad etdi, insan haqlarının İslamda nə qədər önəmli olduğuna diqqət çəkdi. İmam Hüseyn insanları İslam adı altında kölələşdirməyə bir növ etiraz etdi. Bunun nəticələri də oldu. Aşuradan sonra etirazlar, qiyamlar baş verdi. Qiyamlar nəticəsini də verdi və nisbətən ədalətli dövlətlər də quruldu.

Vüsal Hüseynzadə