09 May 2024 - 9

09 May 2024 - 9

Aşura bizim milli-mənəvi dəyərlərimizə sıx inteqrasiya etmiş tarixdir...
11.09.2020

Məhərrəmlik ayı, Kərbəla müsibəti, Aşura da bizim milli-mənəvi dəyərlərimizə sıx inteqrasiya etmiş tarixdir. İlk növbədə bu tarixi hadisəyə hörmətlə və günümüzün tələbləri səviyyəsində yanaşmaq lazımdır. Məlum hadisələrin baş verdiyi dövrdən indiyə qədər bəşər sivilizasiyası böyük inkişaf yolu keçib, dövrlər, münasibətlər tamamilə dəyişib. O baxımdan Məhərrəmlik ayının qeyd olunması, bundan irəli gələn mərasimlərin, anım tədbirlərinin keçirilməsi sivil qaydalarla uzlaşdırılmalıdır. İmamların əqidə adamları kimi öz amalları yolunda son damla qana qədər mübarizə aparmalarını, şəhidlik zirvəsinə ucalan qəhrəmanlar olmalarını təbliğ etməli, hörmətlə xatırlamalı, onların qəhrəmanlıqlarından, şərəfli həyat yolundan ibrət götürməliyik. Vətənpərvərlik nöqteyi-nəzərindən də bu cür yanaşma qəbul ediləndir.

Musa Quliyev (Şair, tibb elmləri namizədi)